M a d d ə 1 0 9 . İstirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb olunmuş
işçilərin əməyinin ödənilməsi
1. Müstəsna hal kimi istirahət, iş günü hesab edilməyən bayram günlərində işə cəlb olunmuş
işçilərin əməyi, tərəflərin qarşılıqlı razılığı ilə işçiyə digər istirahət günü verilməklə və ya həmin günlərdə
görülmüş işin müqabilində ikiqat məbləğdə əmək haqqı ödənilməklə əvəz edilməlidir.
2. Ümumxalq hüzn günü, bu Məcəllənin 101-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallarda
işə cəlb edilmiş işçilərin əmək haqqı ikiqat məbləğdə ödənilir.
127 1 oktyabr 2007-ci il tarixli 424-IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2007-ci il, № 11, maddə 1049) ilə 112-ci maddənin birinci
hissəsinin “b” bəndində “qadınların” sözü “işçilərin” sözü ilə əvəz edilmişdir.
24 fevral 2009-cu il tarixli 771-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 may 2009-cu il, № 105, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 05, maddə 294) ilə 112-ci maddənin “b” bəndi aşağıdakı redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
b) uşağına qulluq etmək üçün işçilərin sosial məzuniyyəti;
128
28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 26 iyun 2009-cu il, № 137, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 06, maddə 399) ilə 114-cü maddəsinin 3-cü hissəsinin “b” bəndində “çalışan”
sözü “qulluq keçən” sözləri ilə əvəz edilmişdir.
129
21 dekabr 2010-cu il tarixli 38-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu
(“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 71) ilə 114-cü maddənin
üçüncü hissəsinin “c” bəndində “xüsusi rejimli tədris” sözləri “xüsusi təhsil” sözləri ilə, “tədris