Noyabrın 17-də — Milli Dirçəliş günü;
Dekabrın 31-də — Dünya azərbaycanlıların həmrəyliyi günü;
Novruz bayramı — iki gün;
Qurban bayramı-bir gün;
Ramazan bayramı-iki gün bayram edilir. Bu günlərdə işçilərin işə cəlb olunmasına yalnız bu
Məcəllədə nəzərdə tutulmuş müstəsna hallarda yol verilə bilər.
2. Novruz bayramı, Qurban bayramı və Ramazan bayramının keçiriləcəyi
günlər hər il yanvar
ayının sonunadək müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilib əhaliyə elan olunur.
3. Bayram və həftələrarası istirahət günləri biri digərindən əvvəl və ya sonra gələrsə, iş və istirahət
günlərinin ardıcıl olmasını təmin etmək məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının qərarı bu iş və ya
istirahət günlərinin yeri dəyişdirilə bilər.
4. Həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram
günləri üst-üstə düşərsə,
həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.
Dostları ilə paylaş: