Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə69/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   65   66   67   68   69   70   71   72   ...   233
 
154
f) doktoranturada, təhsil alan işçilərə —1 təqvim ayınadək;
 
155


g) ali təhsil müəssisələrində qəbul imtahanlarına buraxılan işçilərə — 14 təqvim 
günü, orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarına buraxılan işçilərə — 7 
təqvim günü; 
ğ) ixtirasının və ya səmərələşdirici təklifinin işlədiyi müəssisədən kənar yerdə 
ilkin tətbiqi zamanı müəllifə — 14 təqvim gününədək
h) ailənin xəstə üzvünə qulluq edən qohumlardan birinə — səhiyyə müəssisəsinin 
rəyi ilə 14 təqvim gününədək; 
x) sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqları olan işçilərə - 14 təqvim gününədək;
i) ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə -7 təqvim gününədək.
156
 
Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq qeydə alınmış namizədə 
müvafiq seçki komissiyasında qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi 
günədək ərizəsində göstərilən müddət üçün ödənişsiz məzuniyyət verilir.
157
 
 
İyirmi birinci fəsil 
 
Məzuniyyət hüququnun həyata keçirilməsi qaydaları 
 
Maddə 131. Əmək məzuniyyətinin verilməsi qaydası 
1. İşçinin birinci iş ili üçün əmək məzuniyyətindən istifadə etmək hüququ əmək 
müqaviləsinin bağlandığı andan etibarən altı ay işlədikdən sonra əmələ gəlir.
158
2. İşçiyə altı ay işlədikdən sonra birinci iş ili bitənədək əmək məzuniyyəti ərizəsi 
əsasında işəgötürənlə razılaşdırıldığı vaxtda verilə bilər. 
3. İşçiyə işin ikinci və sonrakı illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı 
razılıqla müəyyən edilən vaxtda verilə bilər. 
4. Əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan işin birinci ili üçün 
əmək məzuniyyətindən aşağıdakı işçilərin istifadə etmək hüququ vardır: 
a) qadınların hamiləliyə və doğuşa görə — sosial məzuniyyətdən bilavasitə əvvəl, 
yaxud sonra; 
b) on səkkiz yaşına çatmamış işçilərin; 
c) müddətli hərbi xidmətdən buraxıldıqdan 3 ay keçənədək işə götürülən işçilərin; 
ç) əsas iş yerində məzuniyyətə çıxan əvəzçilik üzrə işləyənlərin
d) hərbi qulluqçu arvadının (ərinin); 
e) təhsil müəssisələrində oxuyan şəxslərin — kurs işlərinin və ya imtahanların 
verildiyi, diplomun müdafiə edildiyi vaxtda; 
ə) əlillərin. 
5. Bilavasitə təlim-tədris prosesində iştirak edən pedaqoji işçilərə işə girdikləri 
vaxtdan asılı olmayaraq əmək məzuniyyətləri, bir qayda olaraq, məktəblərdə yay tətili 
dövründə verilir. 
6. Əmək şəraiti zərərli və ağır olan işçilərə həmin əmək şəraitinə görə əlavə 
məzuniyyət müvafiq istehsalatda, peşə və ya vəzifədə iş ili ərzində faktik işlədiyi vaxta 
mütənasib olaraq verilir. Bu əlavə məzuniyyətə işçinin hüququ həmin iş yerlərində üst-
üstə azı altı ay işlədikdə əmələ gəlir. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin