Maddə 21. Müəssisələrdə ictimai özünüidarə orqanlarının fəaliyyəti 1. Müəssisələrdə həmkarlar ittifaqları təşkilatları ilə yanaşı, qanunvericiliklə
müəyyən edilmiş qaydada yaradılan işçilərin digər nümayəndəli ictimai özünüidarə
orqanları,
habelə
işəgötürənlərin
nümayəndəli
orqanı
nizamnamələrinə
(əsasnamələrinə) uyğun fəaliyyət göstərə bilər.
2. Müəssisənin mülkiyyətçisi, işəgötürəni həmkarlar ittifaqları təşkilatlarının və
işçilərin digər nümayəndəli ictimai özünüidarə orqanlarının fəaliyyəti üçün kollektiv
müqavilələrdə nəzərdə tutulan və ya bu təşkilat və ictimai özünüidarə orqanlarının
işəgötürənlə qarşılıqlı razılığı, yaxud onların arasında bağlanmış müqavilə əsasında
müəyyən edilən müvafiq şəraitin yaradılmasını təmin edir.
3. Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir.
Qeyd: Bu maddədə «ictimai özünüidarə orqanları» dedikdə, əmək kollektivi
şurası, sədrlər (direktorlar) şurası, ixtiraçılar, səmərələşdiricilər, yaradıcılıq, qadınlar,
veteranlar cəmiyyətləri və müvafiq normativ hüquqi aktlar əsasında əmək
münasibətləri iştirakçılarının təsis etdikləri digər ictimai birliklər başa düşülməlidir.
II bölmə Kollektiv müqavilə və saziş Üçüncü fəsil Kollektiv müqavilə və sazişin bağlanmasının ümumi qaydaları Maddə 22. Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin əsas prinsipləri Kollektiv müqavilə və sazişin hazırlanması, bağlanması və yerinə yetirilməsinin
əsas prinsipləri aşağıdakılardır:
a) tərəflərin hüquq bərabərliyi;
b) kollektiv müqavilə və sazişin məzmununa dair məsələlərin müzakirəsində
tərəflərin müstəqilliyi və könüllülüyü;
c) obyektiv səbəbdən təmin edilə bilməyən şərtlərin kollektiv müqavilənin və
sazişin məzmununa daxil edilməsinin yolverilməzliyi;
ç) öhdəliklərin icrasına təminat;
d) qanunvericiliyin tələblərinə əməl edilməsi;
e) öhdəliklərin icrasına nəzarət və icra edilməməsinə görə məsuliyyət.