Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə11/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   7   8   9   10   11   12   13   14   ...   233
23
Qeyd: Bu Məcəllədə «əmək münasibətlərinin iştirakçıları» dedikdə, işəgötürənlər, 
işçilər, mülkiyyətçi, işəgötürənin tabeçiliyində olan vəzifəli şəxslər, əməyin mühafizəsi 
xidmətlərinin nümayəndələri, işçinin öz hüquqlarını müdafiə etmək üçün müvəkkil 
etdiyi nümayəndəsi, həmkarlar ittifaqlarının nümayəndələri və işəgötürənlərin 
nümayəndəli orqanlarının səlahiyyətli vəzifəli şəxsləri başa düşülməlidir. 
Maddə 16. Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi 
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, 
dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə 
vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai 
birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, 
peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər 
arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və 
ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının 
məhdudlaşdırılması qəti qadağandır. 
İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə 
növləri və vəzifələr istisna olmaqla, onları insanın immunçatışmazlığı virusuna yoluxması 
səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək 
qadağandır. İşəgötürən işçinin insanın immunçatışmazlığı virusuna yoluxması barədə 
məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.
 
24
 
Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə əmək müqaviləsinin bağlanmasından 
imtina etmək və ya əmək müqaviləsinə xitam vermək (işəgötürənin müvafiq işi (vəzifəsi) 
olmadığı, habelə belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə 
götürməkdən imtina olunan hallar istisna olmaqla) yolverilməzdir.
25
 
2. Qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər 
şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların 
müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. 
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində 
göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə 
nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır. 
4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə 
məhkəməyə müraciət edə bilər. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin