Maddə 32. Kollektiv müqavilənin qüvvəsi 1. Kollektiv müqavilə bir ildən üç ilədək müddətə bağlanıla bilər.
2. Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə
minir.
3. Müəyyən olunmuş müddət qurtardıqdan sonra kollektiv müqavilə, yenisi
bağlananadək, lakin ən çoxu üç il müddətədək qüvvədə olur.
34
4. Müəssisənin mülkiyyətçisinin dəyişdiyi və ya müəssisə ləğv edildiyi hallardan
başqa müəssisədə təşkilati-struktur dəyişikliklərin edilməsi, işəgötürənlə əmək müqaviləsinə xitam verilməsi, eləcə də həmkarlar ittifaqları təşkilatının fəaliyyətinə xitam
verilməsi və ya fəaliyyətinin dayandırılması kollektiv müqavilənin hüquqi qüvvəsinin
itirilməsinə səbəb olmur.
35 5. Müəssisənin mülkiyyətçisi dəyişdikdə kollektiv müqavilə üç ay müddətində
qüvvədə qalır. Bu müddət ərzində tərəflər yeni kollektiv müqavilə bağlamaq və ya
əvvəlkini qüvvədə saxlamaq, ona əlavələr və dəyişikliklər edilməsi məqsədi ilə
danışıqlara başlamalıdırlar.
6. Müəssisə qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərlə ləğv
olunduğu halda və ya birləşmə, bölünmə və yaxud ayrılma formasında yenidən təşkil olunduğu, kollektiv müqavilə bütün ləğvetmə və ya yenidən təşkiletmə müddəti ərzində
qüvvədə olur.
36
7. Kollektiv müqavilə müəssisənin bütün işçilərinə, o cümlədən kollektiv
müqavilə qüvvəyə mindikdən sonra işə qəbul olunan şəxslərə şamil edilir.
Maddə 33. Kollektiv müqaviləyə əlavələr və dəyişikliklər edilməsi Kollektiv müqavilənin qüvvədə olduğu müddətdə ona əlavələr və dəyişikliklər
edilməsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında, kollektiv müqavilədə müəyyən
edilmiş qaydada aparılır. Əgər belə qayda müəyyən olunmayıbsa, əlavələr və
dəyişikliklər kollektiv müqavilənin bağlanması üçün bu Məcəllədə nəzərdə tutulmuş
qaydada edilir.