Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə27/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   23   24   25   26   27   28   29   30   ...   233
Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi
56
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, 
əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı 
elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək 
müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu 
barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil 
edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq 
sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında 
müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış 
əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi 
qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda 
qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir. 
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə 
gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi qaydaları, əmək müqaviləsi 
bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə 
qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə 
bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
57
 
Maddə 50. Müsabiqə yolu ilə vəzifələrin tutulması zamanı əmək 
münasibətlərinin tənzimlənməsi 
1. Yerinə yetiriləsi işin, əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq bəzi 
vəzifələri tutmaq üçün işəgötürən müəyyən olunmuş qaydada müsabiqə elan edə bilər. 
2. Müəyyən vəzifələrin müsabiqə yolu ilə tutulması elmi müəssisə və təşkilatlar və 
təhsil müəssisələrində elmi, elmi-pedaqoji fəaliyyətlə bağlı vəzifələr üzrə elan edilir. 


İşçilərin elan olunmuş müsabiqədə bərabərhüquqlu iştirakı təmin edilməlidir. 
Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız bir cinsin nümayəndəsi üçün 
müsabiqənin elan edilməsinə yol verilmir.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin