4. Əmək müqaviləsi bağlanılarkən işçinin əmək funksiyasının
xüsusiyyətlərinə
uyğun olan peşə hazırlığının və ya təhsilin olması zəruri sayılan hallarda işəgötürənə
təhsili barədə müvafiq sənəd təqdim edilir.
5. İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və
təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi
ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində
əmək müqaviləsi bağlanılarkən işçilər sağlamlığı haqqında tibbi arayış təqdim
etməlidirlər. Belə əmək şəraitli peşələrin (vəzifələrin), iş yerlərinin siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən
peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi
müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər.
55
6. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə
işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi
qadağandır.
Dostları ilə paylaş: