2. Əmək müqaviləsində mütləq aşağıdakı
əsas şərtlər və məlumatlar
göstərilməlidir:
a) işçinin soyadı, adı, atasının adı və ünvanı, şəxsiyyətini təsdiq edən sənədin adı, onun
seriya və nömrəsi, pin kodu, verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
40
b) işəgötürən hüquqi şəxs olduqda onun adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi
(VÖEN), sığortaedənin uçot nömrəsi (SUN), hüquqi ünvanı, fiziki şəxs olduqda onun adı,
soyadı, atasının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), sığortaedənin uçot
nömrəsi (SUN), dövlət sosial sığorta şəhadətnaməsinin nömrəsi (SSN), ünvanı, şəxsiyyətini
təsdiq edən sənədin adı, seriyası, nömrəsi, pin kodu və ya fərdi identifikasiya nömrəsi (FİN),
verildiyi tarix, şəxsiyyəti təsdiq edən sənədi verən orqanın adı;
41
c) işçinin iş yeri, vəzifəsi (peşəsi);
ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
d) əmək müqaviləsinin müddəti;
e) işçinin əmək funksiyası;
ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı
və ona
əlavələr, əmək məzuniyyətinin müddəti,
əməyin mühafizəsi, sosial və digər sığorta
olunması;
f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
g
) işçiyə bədən tərbiyəsi və idmanla, o cümlədən iş rejimi şəraitində və işdən sonrakı
reabilitasiya və peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün
şəraitin yaradılması;
42
x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
ğ) ilk dəfə əmək fəaliyyətinə
başlayanlar istisna olmaqla, işçinin dövlət sosial
sığorta şəhadətnaməsinin nömrəsi (SSN);
h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd.
43
3.
Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam
verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların
səviyyəsi azaldıla bilməz.
4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa,
əmək müqaviləsinin şərtləri
birtərəfli qaydada dəyişdirilə bilməz.
Dostları ilə paylaş: