Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 66. Attestasiya olunmayan işçilər



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə36/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   32   33   34   35   36   37   38   39   ...   233
74
Maddə 66. Attestasiya olunmayan işçilər 
 
Aşağıdakı işçilərin attestasiyası keçirilmir: 
vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda 
xəsarət (yaralanma, travma, kontuziya) almış və əlil olmuş işçilər;
75
Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi 
şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər
bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın 
statusu olan işçilər; 
hamilə qadınlar; 
uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən 
sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını 
təkbaşına böyüdən kişilər);
 
76
yaşı 18-dən az olan işçilər
bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər; 
eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun 
olduğu müəyyən edilmiş işçilər
kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya 
olunmayan işçilər; 
Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;
77
Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər.
78
 


Maddə 67. İşçilərin və iş yerlərinin attestasiyasının nəticələrinin tənzimlənməsi 
1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı 
haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» 
bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə 
işəgötürən tərəfindən ləğv edilə bilər. 
2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı 
ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 
3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə 
ixtisar edilməsi yolverilməzdir. 
4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən 
tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz. 
5. İşçilərin və iş yerlərinin attestasiya komissiyalarının qərarlarını qanunsuz
əsassız, qərəzli və qeyri-obyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. 
6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun 
olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa 
vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə 
ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. 
 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin