İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının
qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər.
Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz.
Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində,
lakin əvvəlki
orta əmək haqqından aşağı olmamaqla ödənilir.
Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası
1. Müəyyən səbəbdən
iş yerində olmayan işçinin əmək funksiyasının icrasına
tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində
nəzərdə tutulan qaydada ödənilir.
66
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı
ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə
əmək funksiyasını
yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək
haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı
ödənilməlidir.
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının
yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun
razılığı
ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin
əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya
da boş vəzifəyə yeni işçi götürülür.
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni
xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla
həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş
əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir.
67
Dostları ilə paylaş: