Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 59. Başqa işə keçirmə



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə32/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   28   29   30   31   32   33   34   35   ...   233
Maddə 59. Başqa işə keçirmə 
İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə 
əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və 
buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə 
və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.
65
Maddə 60. İşəgötürənin təşəbbüsü ilə başqa işə müvəqqəti keçirmə 
 


İşçi, onun razılığı olmadan istehsalat zəruriyyəti və boşdayanma hallarının 
qarşısını almaq məqsədi ilə bir ay müddətinə, müvəqqəti olaraq başqa işə keçirilə bilər. 
Bu halda işçi onun səhhətinə mənfi təsir edən, habelə aşağı ixtisaslı işə keçirilə bilməz. 
Başqa işə keçirilmə müddətində işçinin əməyi görülən işin müqabilində, lakin əvvəlki 
orta əmək haqqından aşağı olmamaqla ödənilir. 
Maddə 61. Başqa işçinin əmək funksiyasının icrası 
 
1. Müəyyən səbəbdən yerində olmayan işçinin əmək funksiyasının icrasına 
tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində 
nəzərdə tutulan qaydada ödənilir.
66
2. Boş vəzifə üzrə əmək funksiyasının icrasının həvalə edilməsinə işçinin razılığı 
ilə yol verilir. Əgər işçi eyni zamanda həm özünün, həm də əvəz etdiyi boş vəzifə üzrə 
əmək funksiyasını yerinə yetirirsə, onda ona boş vəzifə üçün nəzərdə tutulmuş əmək 
haqqının (vəzifə maaşının) yarısından az olmamaq şərti ilə əlavə əmək haqqı 
ödənilməlidir. 
3. Boş vəzifə üzrə işçiyə üç aydan çox olmayan müddətə əmək funksiyasının 
yerinə yetirilməsi həvalə edilə bilər. Bu müddət bitdikdən sonra ya əvəzedici işçi onun 
razılığı ilə həmin vəzifəyə keçirilir, ya hər iki vəzifə birləşdirilərək əvəzedici işçinin 
əmək funksiyasının genişləndirilməsi ilə əlaqədar yeni əmək müqaviləsi bağlanılır, ya 
da boş vəzifəyə yeni işçi götürülür. 
4. Əgər boş vəzifə üzrə əmək funksiyası boş olmayan vəzifə üzrə əmək funksiyası ilə eyni 
xarakterlidirsə, həmin boş olmayan vəzifəni tutan işçi onun razılığı ilə öz vəzifəsində qalmaqla 
həmçinin belə boş vəzifəyə təyin edilə bilər. Bu zaman işçiyə boş vəzifə üzrə nəzərdə tutulmuş 
əməkhaqqının (vəzifə maaşının) yarısından az olmamaq şərtilə əlavə əməkhaqqı ödənilir
67

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin