Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə40/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   36   37   38   39   40   41   42   43   ...   233
 
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları 
 
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 
a) müəssisə ləğv edildikdə
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə 
işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq 
qərar qəbul edildikdə; 
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə 
yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək 
vəzifələrini kobud şəkildə pozduqda; 
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
83
 
e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
 
84
Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin 
ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə 
uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə 
malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil 
müəssisələrində işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan 
işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. 


İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada 
keçirilir.
85
Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən 
tədbirlər
86
 
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin 
tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul 
edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin