2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri
və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən
məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı)
yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin
normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş)
hissəsindən və həmin
məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.
Dostları ilə paylaş: