Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə49/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   45   46   47   48   49   50   51   52   ...   233
Maddə 85. Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotu qaydaları 
1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara edilən dəyişiklikləri, bu 
müqavilələrlə əlaqədar verilmiş əmrləri (sərəncamları, qərarları), habelə digər əmrləri 
(sərəncamları, qərarları) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi 
proqramla uçotunun qeydiyyatını aparmalıdır. Uçot kompüter vasitəsi ilə aparılmırsa, 
qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın 
düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. 
2. İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan 
qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. Kitabdakı qeydlərin qaralanmasına, 
pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. 
3. Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter 
proqramları vasitəsilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən 
uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. 
Maddə 86. Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi 
1. İşəgötürən bağlanmış əmək müqavilələrini, onlara aparılan dəyişiklikləri, 
verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətinə saxlamağa borcludur, onların 
məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. 
2. Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən 
olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. Müəssisə yenidən təşkil 
olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə 
təhvil verilir. 
3. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əsli, 
işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə edilməsi barədə bu maddənin 
birinci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin 
edilməlidir. 
Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin