hüquqi, fiziki şəxs) tərəfindən ödənilməlidir. Bu qayda bu maddənin dördüncü
hissəsində nəzərdə tutulan hala şamil olunmur.
98
6.
Kollektiv müqavilələrdə, əmək müqaviləsində işçilərin işə düzəldiyi dövr
ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması,
habelə bu maddənin
üçüncü
, dördüncü və yeddinci hissələrində göstərilən
ödəmələrin daha yüksək
məbləğdə verilməsi nəzərdə tutula bilər.
99
7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü
maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə
orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə
əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq
əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir.
Əmək müqaviləsinə bu
Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə
orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir.
100
8. İşəgötürənlər iş yerlərinin ixtisarı ilə əlaqədar işdən azad olunmuş Valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında"
Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn
himayəsindən məhrum olmuş uşaq, habelə onların arasından olan şəxs hesab edilən işçiləri
sonradan həmin müəssisədə və ya digər müəssisədə işə düzəltmək üçün öz vəsaiti hesabına zəruri
yeni peşə hazırlığına cəlb edirlər.
101
9. Qanunvericiliklə müəyyən edilmiş qaydada müəssisənin ləğvi istisna olmaqla, işçinin
müddətli həqiqi hərbi xidmətdə olduğu müddət ərzində mülkiyyət növündən və təşkilati-hüquqi
formasından asılı olmayaraq müəssisədə iş yeri və vəzifəsi saxlanılır. Müddətli həqiqi hərbi
xidmətə çağırılanadək müvafiq müəssisədə işləmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci
60 təqvim günü keçənədək həmin müəssisədə əvvəlki və ya buna bərabər vəzifəyə (peşəyə)
qayıtmaq hüququna malikdirlər.
102
Dostları ilə paylaş: