Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə42/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   38   39   40   41   42   43   44   45   ...   233
Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası 
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 
45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən 
müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən 
sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb 
etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab 
olunur.
90
2. İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə 
olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək 
haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin 
müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin 
müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş 
xitam verilə bilər. 
Maddə 74. Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə 
xitam verilməsinin əsasları 
1. Tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə 
aşağıdakı hallarda xitam verilir: 
a) işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda; 
b) əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi 
barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda. 
c) qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin 
fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını 
yerinə yetirə bilmədikdə; 
ç) İşçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma 
və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə 
azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi 
barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə;
91
 
d) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə işçinin fəaliyyət 
qabiliyyətsizliyi təsdiq edildikdə; 
e) işçi vəfat etdikdə; 
ə) əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata 
buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə.
92
 
2. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün 
məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin 
olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, 
onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) 
dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa 
olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış 
əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş 
müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin