Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 67-2. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə38/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   34   35   36   37   38   39   40   41   ...   233
Maddə 67-2. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində 
işləyən təhsilverənlərin sertifikatlaşdırılması 
81

 
1. Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən 
təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin 
işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada 
sertifikatlaşdırmaya cəlb edilirlər. 
2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin 
məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların 
(uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 
3. İlk dəfə işə qəbul olunanlar beş il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan 
keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 
sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla 
bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq 
işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər. 
Onuncu fəsil 
 
Əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları 
 
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları 
 
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və 
qaydada xitam verilə bilər. 
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: 
a) tərəflərdən birinin təşəbbüsü
b) əmək müqaviləsinin müddətinin qurtarması; 
c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi
ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü 
maddəsinin ikinci hissəsində göstərilən işçilər); 
d) tərəflərin iradəsindən asılı olmayan hallar; 
e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin