Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə35/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   31   32   33   34   35   36   37   38   ...   233
 
Doqquzuncu fəsil 


 
İşçilərin və iş yerlərinin attestasiyasının keçirilməsini tənzimləyən hüquq normaları 
 
Maddə 64. İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin 
tənzimlənməsi 
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı 
olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş 
yerlərinin attestasiyasının keçirilməsini təmin etməlidir. 
2. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin 
olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və 
yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin 
artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya 
texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə 
həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin 
və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası 
komissiyası yaradılır. 
3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. 
Maddə 65. İşçilərin attestasiyası, onun keçirilməsi qaydaları və şərtləri 
1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq 
olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə 
bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün 
işçilərin attestasiyası keçirilə bilər. 
2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. 
Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan 
keçirilə bilər.
 72
3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün 
təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən 
nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət 
attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri 
attestasiya komissiyasının üzvü ola bilməz. 
4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say 
tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun 
yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 
5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə 
(peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların 
nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün 
zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid 
olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi 
baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi 


dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin 
qiymətləndirilməsi yolverilməzdir. 
5-1. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçi attestasiyadan 
keçirildikdə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı 
məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin 
nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.
73
6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və 
qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası 
qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri 
üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi 
kimi iştirak etmək istəyi təmin olunmalıdır. 
7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya 
uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı 
attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə 
edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 
8. Bu maddə ilə müəyyən edilmiş işçilərin attestasiyası keçirilməsinin digər 
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən normativ hüquqi 
aktla tənzimlənir. 
Qeyd: Bu Məcəllənin 65-ci maddəsinin 5-1-ci hissəsində və 187-ci maddəsinin 4-cü 
hissəsində “idarə, müəssisə və ya təşkilat” dedikdə, dövlət və bələdiyyə orqanlarının, dövlət və ya 
bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya 
bələdiyyəyə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları başa düşülməlidir.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin