Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə93/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   89   90   91   92   93   94   95   96   ...   233
İyirmi doqquzuncu fəsil 
 
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi 
qaydaları 
 
Maddə 186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və 
onun növləri 
1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən 
edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və 
yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə
qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud 
keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, 
həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam 


qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə 
bilər: 
a) töhmət vermək; 
b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək
c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i 
məbləğindən çox olmamaq şərtilə cərimə etmək; 
ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə 
nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. 
Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq 
olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq 
intizam tənbehi sayılmır. 
4. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb 
edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, 
müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 
həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə 
müəyyən edilmiş qaydada cəlb edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin