Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə101/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   97   98   99   100   101   102   103   104   ...   233
Maddə 202. Ziyanın məbləğinin müəyyən edilməsi 
1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 
2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, 
korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları 
nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) 
hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar 
qiymətləri ilə hesablanır. 
3. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi 
əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş 
prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. 
Maddə 203. Vurulan ziyanın müəyyən edilməsi üçün araşdırmaların aparılması 


1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına 
gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, 
dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə 
dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 
2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış 
olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın 
nəticələri ilə tanış etməlidir. 
Maddə 204. Vurulan ziyanın məbləğinin işçi tərəfindən könüllü ödənilməsi 
1. İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə 
tam və ya qismən ödəyə bilər. 
2. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən 
edilmiş həddə həyata keçirilir. 
3. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər. 
4. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş 
əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu 
təmir edə bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin