Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 208. Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə103/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   99   100   101   102   103   104   105   106   ...   233
Maddə 208. Əməyin mühafizəsi normaları və qaydaları tətbiq edilən iş yerləri 
Bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş əməyin 
mühafizəsi normaları və qaydaları hökmən: 
işçilərin; 
istehsalat təcrübəsi keçən tələbə və şagirdlərin; 
müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların; 
məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların; 
təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına, habelə hərbi və fövqəladə 
vəziyyət rejimində işlərin görülməsinə cəlb edilən şəxslərin çalışdıqları bütün iş 
yerlərində tətbiq edilməlidir. 
Maddə 209. Əməyin mühafizəsinin əsas prinsipləri 
Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən 
əməyin mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir: 
dövlət hakimiyyəti orqanlarının, mülkiyyətçilərin, işəgötürənlərin və işçilərin 
əmək şəraitinin və əməyin mühafizəsinin yaxşılaşdırılmasına, istehsal qəzalarının, 
xəsarətlərinin, zədələrinin və peşə xəstəliklərinin qarşısının alınmasına yönəldilmiş 
fəaliyyət birliyi; 
işçinin 
həyatının 
və 
sağlamlığının 
müəssisənin 
istehsal 
fəaliyyətinin 
nəticələrindən üstün tutulması; 
əməyin mühafizəsi sahəsində fəaliyyətin iqtisadi və sosial siyasətin digər 
istiqamətləri 
ilə, 
habelə 
ətraf 
mühitin 
mühafizəsi 
sahəsində 
fəaliyyətlə 
əlaqələndirilməsi; 


mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisələr 
üçün əməyin mühafizəsi sahəsində vahid tələblərin müəyyən edilməsi; 
əməyin mühafizəsi tələblərinin bütün müəssisələrdə yerinə yetirilməsinə müstəqil 
və səmərəli nəzarətin həyata keçirilməsi; 
əməyin mühafizəsi sahəsində ümumbəşəri elmi-texniki tərəqqidən, qabaqcıl 
təcrübədən geniş istifadə edən, habelə təhlükəsiz texnikasının və texnologiyanın 
səmərəli mühafizə vasitələrini hazırlayan və tətbiq edən işəgötürənlərin müvafiq 
qaydada və vəsaitlərlə həvəsləndirilməsi; 
müəssisələrdə əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş vergi 
siyasətinin aparılması; 
əməyin mühafizəsinin maliyyələşdirilməsində dövlətin iştirakı; 
əməyin mühafizəsi normalarının müntəzəm olaraq təkmilləşdirilməsi; 
işçilərin xüsusi geyim və ayaqqabı, digər fərdi mühafizə vasitələri ilə, müalicə-
profilaktik yeməklə və digər vasitələrlə pulsuz təmin edilməsi; 
təhsil və əlavə təhsil müəssisələrində əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması 
və əlavə təhsili;
191
istehsalatda baş vermiş hər bir bədbəxt hadisənin hökmən araşdırılması, uçota 
alınması, təhlil edilməsi və bunun əsasında istehsalat xəsarətlərinin, zədələrinin və peşə 
xəstəliklərinin vəziyyəti barədə işçilərə dürüst məlumatların verilməsi;
192
istehsalatda bədbəxt hadisələrdən zərər çəkmiş və ya peşə xəstəliklərinə tutulmuş 
işçilərin mənafelərinin sosial, maddi və mənəvi müdafiəsi; 
həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin 
mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması; 
əməyin 
mühafizəsi 
sahəsində 
beynəlxalq 
əməkdaşlıq 
münasibətlərinin 
genişləndirilməsi. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin