Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 210. Əməyin mühafizəsi məsələlərinin həllində ictimai birliklərin



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə104/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   100   101   102   103   104   105   106   107   ...   233
Maddə 210. Əməyin mühafizəsi məsələlərinin həllində ictimai birliklərin 
iştirakı 
İşəgötürənlər, işçilər, habelə ayrı-ayrı fiziki şəxslər əməyin mühafizəsi 
problemlərini həll etmək üçün birləşərək ictimai birliklər haqqında qanunvericiliyə 
müvafiq olaraq fəaliyyət göstərən ictimai birliklər yarada bilərlər. Dövlət hakimiyyəti 
orqanları, habelə işəgötürənlər bu ictimai birliklərə hərtərəfli kömək göstərməli və 
əməyin mühafizəsinin təmin edilməsi barədə normativ hüquqi aktları qəbul edərkən 
onların təkliflərini və tövsiyələrini nəzərə almalıdır. 
Otuz dördüncü fəsil 
 
Əməyin mühafizəsinin hüquqi, təşkilati-texniki və maliyyə təminatı 
 
Maddə 211. Əməyin mühafizəsinin normativ hüquqi tənzimlənməsi 
1. Əməyin mühafizəsi qaydalarının hər yerdə eyni cür yerinə yetirilməsini, bu 
Məcəllə ilə müəyyən edilmiş hallarda əmək şəraitinin xüsusiyyətlərinin, əlavə 


məzuniyyət hüququnun və digər normaların tətbiqini təmin etmək məqsədi ilə müvafiq 
icra hakimiyyəti orqanı: 
işçilərə pulsuz müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların 
verilməsi üçün zərərli, ağır və yeraltı əmək şəraitli istehsalatların, peşə və vəzifələrin;
193
 
işlərin yerin altında görülən yeraltı istehsalatların, şaxtaların, tunellərin, 
qurğuların və digər iş yerlərinin; 
qadınların, yaşı 18-dən az olan işçilərin əməyindən istifadə olunması qadağan 
edilən istehsalatların və iş yerlərinin; 
əmtəələrin istehsalı, işlərin (xidmətlərin) görülməsi zamanı istifadəsi qadağan 
olunan kimyəvi, radioaktiv və digər yüksək təhlükə mənbəli maddələrin; 
işçinin peşə xəstəliyinə tutulmağı ehtimalı yüksək olan iş yerlərinin; 
yoluxucu xəstəliklərin baş verməsinin yüksək riski ilə əlaqədar və profilaktik peyvəndlərin 
məcburi aparılması tələb olunan işlərin respublika üzrə vahid, əhatəli siyahılarını və onların 
tətbiqi qaydalarını təsdiq edir.
194
 
2. Bu maddənin birinci hissəsində sadalanan siyahılar kütləvi tirajlarla nəşr 
etdirilməli və iqtisadiyyatın bütün sahələri üzrə işəgötürənlərin, həmkarlar ittifaqları 
təşkilatlarının istifadəsinə verilməlidir. İşəgötürənlər bütün imkanları və məqbul 
üsulları ilə işçilərin həmin siyahılarla istənilən vaxt tanış olması və istifadəsi üçün 
zəruri tədbirlər görməyə borcludurlar. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin