Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə100/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   96   97   98   99   100   101   102   103   ...   233
Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin 
bağlanması 
1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri 
prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin 
saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə 
bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə 
onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 
2. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı 
olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin 
saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması 
zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini 
müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə 
bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında 
müqavilə bağlanıla bilər. 


3. Bu maddənin birinci və ikinci hissələrində göstərilən tam maddi məsuliyyət 
barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı 
işəgötürən tərəfindən müəyyən edilir. 
4. İşçilərin bilavasitə iş yeri üzrə kollektiv (briqada) məsuliyyəti müəyyən edilən 
hallarda, həmin kollektiv tərəfindən işəgötürənə vurulan ziyana görə kollektivin 
(briqadanın) üzvlərinin hər biri özünün məsuliyyət dərəcəsi həddində fərdi maddi 
məsuliyyət daşıyır. 
5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət 
tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan 
ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. 
Maddə 201. İşçinin maddi məsuliyyətini istisna edən hallar 
1. İşçi əmək funksiyasını yerinə yetirərkən təbii fəlakət — sel, daşqın, uçqun, 
quraqlıq, yanğın və digər qarşısıalınmaz qüvvə, normal təsərrüfat, istehsalat, 
texnologiya riski, işçinin təqsiri olmadan maşın-mexanizmlərin, avadanlıqların, 
cihazların və başqa istehsal vasitələrinin və alətlərin sınması, korlanması, habelə son 
zərurət və ya zəruri müdafiə nəticəsində işəgötürənə vurulan ziyana görə o, maddi 
məsuliyyət daşımır. Bu hallar tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilməzsə, 
qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. 
2. İşçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində vurulan faktik ziyandan əlavə 
işəgötürənin gələcəkdə əldə edə biləcəyi gəlirin, mənfəətin itirilməsinə görə işçi maddi 
məsuliyyət daşımır. 
3. Əgər işçi qabaqcadan bilə-bilə, qəsdən işəgötürəni gələcəkdə əldə edə biləcəyi 
gəlirdən, mənfəətdən məhrum etmək üçün qanunazidd hərəkətləri (hərəkətsizliyi) ilə 
işəgötürənə müəyyən ziyan vurmuşdursa, onda o, yalnız məhkəmənin qərarı ilə 
işəgötürənin gələcəkdə qazana biləcəyi gəlirin məbləğində ziyana görə maddi 
məsuliyyətə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada digər məsuliyyətə 
cəlb edilə bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin