Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 218. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə108/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   104   105   106   107   108   109   110   111   ...   233
 200
Maddə 218. Müvafiq obyektlərin layihələşdirilməsi, tikintisi və istismarı 
zamanı əməyin mühafizəsi tələblərinin təmin edilməsi 
1. Qüvvədə olan əməyin mühafizəsi standartlarının, qaydalarının və normalarının, 
təhlükəsizlik texnikasının tələblərinə uyğun gəlməyən istehsalat binalarının və 
qurğularının layihələşdirilməsinə, tikintisinə və yenidən qurulmasına, istehsal 
vasitələrinin hazırlanmasına və buraxılmasına, texnologiyaların tətbiqinə yol verilmir. 
2. Müəssisələrin və istehsal vasitələrinin layihələri dövlət ekspertizasından 
keçirilməli, istehsal vasitələrinin sınaq nümunələri isə əməyin mühafizəsi və 
təhlükəsizlik texnikası normalarının tələblərinə uyğunluğunun yoxlanması üçün dövlət 
sınaqlarından çıxarılmalıdır. 
3. Müvafiq icra hakimiyyəti orqanlarının tələbləri ilə sifarişçi və ya icraçı layihənin 
(nümunənin) əməyin mühafizəsi və təhlükəsizlik texnikası normalarının tələblərinə 
uyğunluğunu müəyyən etmək məqsədi ilə müvafiq təşkilatları və mütəxəssisləri cəlb 
etməklə öz hesabına müstəqil ekspertiza keçirilməsini təşkil etməlidirlər. 
4. İnsanın sağlamlığına təsirini müəyyənləşdirmək məqsədi ilə texnoloji, yanğın-
texniki, sanitariya-gigiyena, tibbi-bioloji ekspertizadan və digər nəzarət növlərindən 
keçirilməmiş zərərli maddələrin, xammalın, materialların tətbiqi qadağandır. 
5. Hər hansı yeni və ya yenidən qurulmuş müəssisənin, obyektin, istehsal 
vasitəsinin müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət 
nəzarətini həyata keçirən orqan tərəfindən verilən sertifikat-pasportu olmadan 
istismara buraxılması qadağandır. 
6. Yeni tikilmiş və ya yenidən qurulmuş istehsal, sosial-məişət və iaşə təyinatlı 
obyektlərin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən 
orqanın razılığı olmadan istismara verilməsi qadağandır. 
7. Əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, 
yaxud həyatı üçün təhlükə törədən müəssisələrin işi və ya istehsal vasitələrinin 
istismarı, onlar əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılanadək qanunvericiliklə 
müəyyən edilmiş qaydada əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini 
həyata keçirən orqan tərəfindən dayandırılmalıdır. Belə hallarda işçilərin əmək haqqı 
bu Məcəllənin 169-cu maddəsi ilə müəyyən edilmiş qaydada ödənilir. 



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin