Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 219. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə109/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   105   106   107   108   109   110   111   112   ...   233
Maddə 219. Əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması və işçilərin 
təlimi 
 
1. Dövlət müvafiq təhsil müəssisələrində ölkədə mövcud istehsalat xüsusiyyətlərini 
nəzərə almaqla əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanmasını təmin edir.
 
201
2. İşəgötürənlər həmkarlar ittifaqları təşkilatlarının iştirakı ilə əməyin mühafizəsi 
üzrə işçilərin təlimi və əlavə təhsili sistemini təşkil etməli və qanunvericiliyə müvafiq 
həyata keçirməlidirlər.
 
202
3. İşəgötürənlər və müəssisələrin rəhbər işçiləri 3 ildə bir dəfədən az olmayaraq 
əməyin mühafizəsi üzrə vaxtaşırı ixtisasartırma kurslarında təlim keçməli və bu sahədə 
onların bilikləri yoxlanılmalıdır. 
4. İşçilərin təliminin və əlavə təhsilinin bütün formalarında əməyin mühafizəsi üzrə 
təlim nəzərdə tutulmalıdır. İşəgötürən işə qəbul edilən və başqa işə keçirilən işçilərə 
əməyin mühafizəsi üzrə təlimatlar verməli, onlara təhlükəsiz iş üsullarından istifadə 
etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi 
qaydalarının öyrədilməsini təşkil etməlidir.
 
203
5. Zərərli, ağır istehsalatlardakı iş yerlərinə, peşələrə (vəzifələrə) və yüksək 
təhlükə mənbəyi olan maşın, mexanizmlərdə, avadanlıqlarda işləmək üçün işə 
götürülən işçilərin qabaqcadan əməyin mühafizəsi üzrə təlimatlandırılması 
keçirilmədən əmək funksiyasının icrasına başlamasına yol verilmir. İşəgötürən bu 
təlimatlandırmaların xüsusi jurnallarda qeydiyyatını və onların uçotunu aparmağa 
borcludur. 
Maddə 220. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi 
 
1. Məqsəd və təyinatından asılı olaraq əməyin mühafizəsi dövlət büdcəsindən və 
müəssisənin gəliri hesabına maliyyələşdirilir. 
2. Dövlət büdcəsində və yerli büdcələrdə əməyin mühafizəsi üçün ayrıca sətirlə 
ayrılmış büdcə təxsisatından əməyin mühafizəsi üzrə elmi tədqiqat işlərinin 
maliyyələşdirilməsi, məqsədli dövlət və regional proqramlarının hazırlanması və yerinə 
yetirilməsi üçün istifadə olunur. 
3. İşəgötürən və ya müəssisənin mülkiyyətçisi hər il əmək şəraitindən və əməyin 
təhlükəsizliyi vəziyyətindən, zədələnmələrin və xəstələnmələrin səviyyəsindən asılı 
olaraq əməyin mühafizəsi üzrə tədbirlərin keçirilməsi üçün lazımi maliyyə vəsaiti və 
material ayırır. Bu vəsaitlərin başqa məqsədlərə sərf edilməsi qadağandır. 
4. Əməyin mühafizəsi tədbirlərinin maliyyələşdirilməsi həcmi və mənbəyi 
kollektiv müqavilədə müəyyən edilir, həm də illik xərclərin miqdarı işçilərin əməyinin 
ödənilməsinə xərclənən vəsaitin məbləğinin iki faizindən az olmamalıdır. 
5. ləğv edilmişdir
204

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin