Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 214. Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə106/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   102   103   104   105   106   107   108   109   ...   233
Maddə 214. Əməyin mühafizəsi sahəsində bələdiyyə orqanlarının səlahiyyətləri 
Bələdiyyə orqanları: 
əməyin mühafizəsi sahəsində dövlət siyasətinin tabeliklərində olan ərazidə həyata 
keçirilməsini təmin edirlər; 
əməyin mühafizəsi üzrə sahələrarası yerli əhəmiyyətli proqramlar hazırlayır və 
onların yerinə yetirilməsini təmin edirlər; 
regional problemlərin həlli və əməyin mühafizəsinin təmin edilməsində 
mülkiyyətçilərə yardım göstərilməsi üçün onların pay iştirakı və digər vəsaiti hesabına 
əməyin mühafizəsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada məqsədli fondlar 
yaradır və bu fondların vəsaitinin təyinatı üzrə xərclənməsini təmin edirlər. 
Maddə 215. Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin 
vəzifələri 
Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi 
normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və 
aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: 
əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə 
əməl edilməsini; 
binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət 
edilməsini; 
bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin 
mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; 
işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; 


əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi 
profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; 
normal əmək və istirahət rejiminə riayət edilməsini; 
işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi 
geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; 
işçilərin 
əməyin 
mühafizəsi 
normaları 
və 
qaydaları 
üzrə 
təhsilinin, 
təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin 
mühafizəsinin təbliğini; 
kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda 
nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; 
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada 
əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması 
üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin