Maddə 213. Əməyin mühafizəsi sahəsində icra hakimiyyəti orqanlarının
səlahiyyətləri
Müvafiq icra hakimiyyəti orqanları,
habelə dövlət konsernləri, şirkətləri,
assosiasiyaları və müəssisələrin birlikləri öz səlahiyyətləri daxilində:
həmkarlar ittifaqları təşkilatlarının, işəgötürənlərin nümayəndəli orqanlarının
iştirakı ilə əməyin mühafizəsi sahəsində dövlət siyasətinin müvafiq iş yerlərində həyata
keçirilməsinin əsas istiqamətlərini müəyyən edir və
bu barədə nəzərdə tutulan
tədbirləri həyata keçirirlər;
əməyin mühafizəsi üzrə sahə standartlarını, normalarını, qaydalarını,
normativ
hüquqi aktlarını hazırlayır və müəyyən olunmuş qaydada təsdiq edilməsini təmin
edirlər;
müəssisələrin
rəhbər işçilərinin, mütəxəssislərinin əməyin mühafizəsi normaları
və qaydaları üzrə təlimini keçirir və onların biliklərini yoxlayırlar;
tabeliklərində olan müəssisələrdə əməyin mühafizəsi qayda və normalarının
yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər;
zəruri hallarda müvafiq sahə üzrə əmək təhlükəsizliyini təmin edən cihazların,
qurğuların və digər qoruyucu vasitələrin hazırlanmasını təşkil edirlər.
Dostları ilə paylaş: