Azərbaycan Respublikası Prezidentinin Fərmanı


İşçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə112/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   108   109   110   111   112   113   114   115   ...   233
 
İşçinin əməyin mühafizəsi hüququnun həyata keçirilməsi üçün təminatlar 
 
Maddə 224. Əmək müqaviləsi bağlanarkən işçinin əməyin mühafizəsi 
hüququna təminatları 
1. Əmək müqaviləsinin bağlanması şərtləri bu Məcəllə ilə müəyyən edilmiş 
əməyin mühafizəsi normalarının tələblərinə uyğun olmalıdır. 
2. Əmək müqaviləsində hökmən işəgötürən tərəfindən işçinin sağlam və 
təhlükəsiz əmək şəraitinə təminat verilməsi barədə öhdəliyi göstərilməlidir. 
3. İşçi peşə xəstəliyinə tutulmağa yüksək təhlükə mənbəyi olan işə qəbul edilərkən 
belə xəstəliyə tutulmağın ehtimal olunan müddəti barədə işəgötürən onu hökmən 
xəbərdar etməlidir. Bu halda yalnız həmin müddətlə məhdudlaşan müddətli əmək 
müqaviləsi bağlanmalı və onun müddəti bitdikdən sonra işçiyə əvvəlki orta əmək haqqı 
saxlanılmaq şərtilə başqa iş verməlidir. 


4. İşçilərin peşə xəstəliyinə tutulması ehtimalı olan istehsalatlar və iş yerləri bu 
Məcəllənin 211-ci maddəsində göstərilmiş siyahıda nəzərdə tutulmalıdır. 
Maddə 225. İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində 
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası
 
1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda 
bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından 
icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə 
müvafiq məlumatların göstərilməsi mütləqdir.
2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin 
itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə 
tənzimlənir.
210
 
 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin