4. İşçilərin peşə xəstəliyinə tutulması ehtimalı olan istehsalatlar
və iş yerləri bu
Məcəllənin 211-ci maddəsində göstərilmiş siyahıda nəzərdə tutulmalıdır.
Maddə 225. İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində
peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası
1. İşəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından
icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə
müvafiq məlumatların göstərilməsi mütləqdir.
2. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta sahəsində münasibətlər müvafiq qanunvericiliklə
tənzimlənir.
210
Dostları ilə paylaş: