Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 230. Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə114/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   110   111   112   113   114   115   116   117   ...   233
Maddə 230. Təhlükəsiz əmək şəraitinin təmin edilməməsi ilə əlaqədar məcburi 
boşdayanmaya, yaxud işdən imtina etməyə görə işçilərin təminatları 
 
1. İşçilərin təqsiri olmadan müəssisələrdə və ya bilavasitə iş yerlərində əməyin 
mühafizəsi qaydalarının pozulması nəticəsində işin dayandırıldığı müddətdə onların iş 
yeri, vəzifəsi (peşəsi) və orta əmək haqqı saxlanılır. 
2. İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla 
əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının 
icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda 
işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən olunmuş 
qaydada həll edilir. 
Maddə 231. Daha yüngül işə keçirmə 
 
Səhhətinə görə daha yüngül işdə işləməyə ehtiyacı olan işçiləri işəgötürən onların 
razılığı ilə tibbi rəyə uyğun olaraq daha yüngül müvafiq işə müvəqqəti və ya daimi 
keçirməyə borcludur. 
Maddə 232. İşçinin sağlamlığının mühafizəsi məqsədi ilə başqa yüngül işə 
keçirildiyi və əmək haqqının saxlandığı hallar 
 
1. İşçi sağlamlığının mühafizəsinin təmin olunması məqsədi ilə səhhətinə mənfi 
təsir göstərməyən yüngül və əvvəlkinə nisbətən aşağı maaşlı işə keçirilə bilər. Bu halda 
işçilərin yüngül işə keçirildiyi gündən etibarən bir ay ərzində əvvəlki işi (vəzifəsi) üzrə 
orta əmək haqqı saxlanılır. 
2. Vərəm və digər xroniki ağır xəstəliyə tutulmuş və bu səbəbdən başqa az maaşlı 
işə müvəqqəti keçirilmiş işçilərə keçirildikləri bütün vaxt ərzində, lakin dörd aydan çox 
olmayaraq əvvəlki iş yerində aldığı əmək haqqı saxlanılır. 
3. İş yerində bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini itirmiş və ya peşə 
xəstəliyinə tutulmuş və müvafiq həkim məsləhət komissiyası və ya müvafiq icra 
hakimiyyəti orqanının rəyi əsasında yüngül işə müvəqqəti keçirilmiş işçilərə əvvəlki 
əmək haqqı ilə yeni iş yerindəki əmək haqqı arasındakı fərq ödənilir. Bu fərq işçinin 
əmək qabiliyyəti bərpa olunanadək və ya əlillik , 18 yaşınadək sağlamlıq imkanlarının 
məhdudluğu müəyyən edildiyi vaxtadək ödənilməlidir.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin