İşçilərin iş yerlərində sağlam və təhlükəsiz əməyin
mühafizəsi şəraiti təmin
edilmədikdə və kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədikdə
qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada işəgötürən inzibati və cinayət
məsuliyyətinə cəlb edilir.
Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin
səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi
məsuliyyət
215
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam
və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa
şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması
üçün çəkdiyi,
həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin
eləcə də Azərbaycan
Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə
ödəməlidir.
216
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə
xəstəliyi nəticəsində sağlamlığı
pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş
işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə
qanunvericiliklə müəyyən
edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə
və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları,
şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş
qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində
zərərçəkən şəxslərin
zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada
əmsallaşdırılmalıdır.
5.
Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş
qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə
əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.
Dostları ilə paylaş: