digər günlərdə işə cəlb edilməsinə və ezamiyyətə göndərilməsinə yalnız onların razılığı
ilə yol verilir.
219
Maddə 243. Hamilə və yaş yarımadək uşaqlı qadınların daha yüngül işə
keçirilməsi
1. Tibbi rəyə uyğun olaraq hamilə qadınlar üçün hasilat və ya xidmət norması
azaldılır, yaxud onlar zərərli istehsal amillərinin təsirini istisna edən daha yüngül işə
keçirilirlər.
2. Yaş yarımına çatmamış uşağı olan qadınlar, əmək funksiyasını yerinə
yetirməklə yanaşı uşağını yedizdirməkdə və ya əmizdirməkdə çətinlik çəkirlərsə,
işəgötürən qadının ərizəsi ilə onu uşağı yaş yarımına çatanadək başqa yüngül işə
keçirməlidir və ya uşağının yedizdirilməsi üçün zəruri şəraitin yaradılmasını təmin
etməlidir.
3. Qadınlar bu maddədə nəzərdə tutulmuş hallarda başqa yüngül işə keçirilərkən
onların əsas vəzifələri üzrə orta əmək haqqı saxlanılır.
4. Hamiləlik və ya uşağının yedizdirilməsi səbəblərinə görə qadınların əmək
haqqının azaldılması qadağandır.
Maddə 244. Uşağın yedizdirilməsi üçün fasilələr
1. Yaş yarımına çatmamış uşağı olan qadınlara iş vaxtı ərzində istirahət və yemək
üçün verilən ümumi fasilədən başqa, həm də uşağını yedizdirmək (əmizdirmək) üçün
əlavə fasilələr verilməlidir. Bu fasilələrin hərəsi azı 30 dəqiqə olmaqla, hər 3 saatdan bir
verilir. Qadının yaş yarımına çatmamış iki və daha çox uşağı olduqda hər fasilənin
müddəti azı bir saat müəyyən edilir.
2. Uşağın yedizdirilməsi ilə əlaqədar fasilələr iş vaxtına daxil edilir və orta əmək
haqqı saxlanılır.
3. Qadının istəyi ilə uşağın yedizdirilməsi üçün fasilələr cəmlənərək nahar və
istirahət vaxtına birləşdirilə, habelə iş vaxtının (növbəsinin) əvvəlində, yaxud axırında
istifadə edilə bilər. Əgər qadın uşağın yedizdirilməsi üçün fasilələri cəmləyərək iş
vaxtının sonunda istifadə etmək istəsə, onda onun iş günü həmin fasilələrin müddəti
qədər qısaldılır.
Dostları ilə paylaş: