2. Əməyin mühafizəsi üzrə əmək kollektivinin müvəkkil etdiyi şəxsin, həmkarlar
ittifaqları təşkilatının nümayəndəsinin iş yerlərində əməyin mühafizəsi vəziyyətini
maneəsiz
yoxlamaq, aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını vəzifəli
şəxslərdən
tələb etmək, habelə təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə
işəgötürən qarşısında məsələ qaldırmaq hüququ vardır.
3. Əməyin mühafizəsi üzrə müvəkkilin öz vəzifələrini
yerinə yetirməsi üçün
işəgötürən ona hər həftə orta əmək haqqını ödəməklə iş vaxtında azı iki saat vaxt ayırır.
Maddə 237. Əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət sahəsində
həmkarlar ittifaqlarının hüquqları
1. Həmkarlar ittifaqları «Həmkarlar ittifaqları haqqında» Azərbaycan Respublikası
Qanununda nəzərdə tutulmuş hüquqları çərçivəsində əməyin mühafizəsi qaydalarına
və müvafiq normativ hüquqi aktlara işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin
həyata keçirilməsində iştirak edirlər.
2.
Həmkarlar
ittifaqları
əməyin
mühafizəsi
üzrə
normativ
aktların
hazırlanmasında və müəyyən edilmiş qaydada razılaşdırılmasında
iştirak edirlər,
onlarla razılaşdırılmamış aktların qüvvəyə minməsinə qarşı müvafiq dövlət orqanları
vasitəsilə etiraz etmək hüququna malikdirlər.
3. Həmkarlar ittifaqlarının nümayəndələri istehsal obyektlərinin və vasitələrinin
sınağı və istismara qəbulu üzrə dövlət komissiyalarının işində,
istehsalatda bədbəxt
hadisələrin
araşdırılmasında, əməyin mühafizəsi vəziyyətini, onun yaxşılaşdırılması
üçün kollektiv müqavilələrdə nəzərdə tutulmuş tədbirlərin
yerinə yetirilməsi üzrə
yoxlamalarında iştirak edirlər. Vəzifəli şəxslər əməyin mühafizəsi tələblərini pozduqda,
istehsalatda baş vermiş bədbəxt hadisələri gizlədikdə həmkarlar ittifaqlarının təqsirkar
şəxslərin məsuliyyətə cəlb edilməsi üçün dövlət orqanları qarşısında məsələ qaldırmaq
hüququ var.
214
4. İşçilərin sağlamlığı və həyatı üçün bilavasitə təhlükə yarandıqda həmkarlar
ittifaqlarının hüququ var ki, əməyin mühafizəsi üzrə konstruksiya çatışmazlıqları olan
maşınların, mexanizmlərin və digər məhsul növlərinin istehsalını, insanların
sağlamlığına zərərli təsir göstərən materialların, texniki və texnoloji vasitələrin
tətbiqini,
habelə əməyin mühafizəsi haqqında qanunvericiliyə zidd olan işləri və işəgötürən
tərəfindən qəbul edilmiş qərarların fəaliyyətinin dayandırılması
barədə əmək
qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan qarşısında
məsələ qaldırsın.
5. Həmkarlar ittifaqları bu Məcəllə ilə, habelə digər
normativ hüquqi aktlarla
müəyyən olunmuş əməyin mühafizəsi normalarına və qaydalarına nəzarəti onların
nəzdində fəaliyyət göstərən müvafiq əmək müfəttişliyi vasitəsilə həyata keçirir. Bu
müfəttişliyin hüquqları və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi ilə
tənzimlənir.
Dostları ilə paylaş: