Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə118/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   114   115   116   117   118   119   120   121   ...   233
 
217
 
X bölmə 
 
Qadınların, yaşı 18-dən az olan işçilərin və aqrar sahədə əmək münasibətlərinin 
tənzimlənməsi xüsusiyyətləri 
 
Otuz yeddinci fəsil 
 
Qadınların əmək hüququ və onun həyata keçirilməsində təminatları 
 
Maddə 240. Hamilə və 3 yaşına çatmamış uşağı olan qadınlarla əmək 
müqaviləsi bağlanmasının xüsusiyyətləri 
1. Hamilə və ya 3 yaşına çatmamış uşağın olması səbəbinə görə qadınla əmək 
müqaviləsinin bağlanmasından imtina etmək yolverilməzdir. Bu qayda işəgötürənin 


müvafiq işi (vəzifəsi) olmadığı, habelə qadın əməyindən istifadə olunmasına yol 
verilməyən iş yerlərinə işə götürməkdən imtina olunan hallara şamil olunmur. 
2. İşəgötürən hamilə və ya 3 yaşına çatmamış uşağı olan qadınla bu səbəblərə görə 
əmək müqaviləsi bağlamaqdan imtina etdikdə, qadın imtinanın səbəbi barədə 
işəgötürəndən yazılı cavab verilməsini tələb etmək hüququna malikdir. Əmək 
müqaviləsi bağlamaqdan imtina edilməsinin səbəblərinə görə qadın hüququnun 
müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər. 
Maddə 241. Qadın əməyinin tətbiqi qadağan olunan iş yerləri və işlər 
 
1. Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, habelə yeraltı tunellərdə, şaxtalarda 
və digər yeraltı işlərdə qadın əməyinin tətbiqi qadağandır. 
2. Bir qayda olaraq, fiziki işlə məşğul olmayan, rəhbər vəzifələrdə çalışan və ya 
sosial, sanitar-tibbi xidmətlər göstərən, habelə fiziki işlər görmədən yeraltı iş yerlərinə 
düşüb qalxmaqla ayrı-ayrı vaxtlarda qadınlar tərəfindən müvafiq yeraltı işlərin yerinə 
yetirilməsinə yol verilir 
3. Qadınların bu maddə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların 
qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. 
4. Qadınların əmək funksiyasına yalnız aşağıdakı normalar həddində ümumi 
çəkisi olan ağır şeylərin əl ilə qaldırılması və daşınması işlərinin görülməsi (xidmətlərin 
göstərilməsi) daxil edilə bilər: 
a) başqa işləri görməklə yanaşı eyni zamanda ümumi çəkisi 15 kiloqramdan çox 
olmayan əşyaların əl ilə qaldırılaraq başqa yerə daşınması; 
b) ümumi çəkisi 10 kiloqramdan çox olmayan əşyanın bir metr yarımdan artıq 
hündürlüyə qaldırılması; 
c) bütün iş günü (iş növbəsi) ərzində müntəzəm olaraq ümumi çəkisi 10 
kiloqramdan çox olmayan əşyanın əl ilə qaldırılıb başqa yerə daşınması; 
ç) 15 kiloqramdan artıq gücün sərf edilməsi tələb olunan yüklənmiş təkərli araba 
və ya hərəkət edən digər vasitələrlə əşyaların daşınması. 
5. Hamilə və 3 yaşınadək uşağı olan qadınların bu maddədə nəzərdə tutulmuş 
işlərin görülməsinə cəlb olunması qadağandır. 
6. Qadın əməyinin tətbiqi qadağan olunan əmək şəraiti zərərli və ağır olan 
istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı müvafiq icra 
hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin