1. İşçilər aşağı temperatur və şiddətli külək şəraitində açıq havada,
habelə ilin
soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən onlara qızınmaq üçün
fasilələr verilir və ya iş dayandırılır.
2. İşçilər havanın temperaturu azı 41 dərəcə Selsidən çox olan isti və açıq şəraitli iş
yerlərində
və ya ilin soyuq vaxtında, temperaturu müsbət 14 dərəcə Selsidən aşağı olan örtülü,
lakin isidilməyən binalarda işləyərkən onlara bu maddə
ilə müəyyən olunmuş qaydada
fasilələr verilir və iş dayandırılır.
212
3. İşçilərə fasilələr verilməsi və işin dayandırılması üçün əsas hesab edilən havanın
temperaturu və küləyin gücü bu Məcəlləyə 2-ci əlavədə nəzərdə tutulmuşdur.
4. Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əmək haqqı işçilərin tarif
maaşına görə ödənilir.
5. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş
verməyən
boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.
Maddə 234. Əməyin mühafizəsinin təmin edilməsi üçün iş dayandırıldıqda
başqa işə keçirmə
Əməyin mühafizəsinin təmin edilməsi məqsədi ilə bu Məcəllənin 230 və 233-cü
maddələrində nəzərdə tutulmuş hallarda iş dayandırıldıqda işçi başqa işə keçirilə bilər.
Bu halda işçi azmaaşlı
işə keçirilərsə, onun əvvəlki vəzifəsi (peşəsi) üzrə əmək haqqı
saxlanılır.
Otuz altıncı fəsil
Əməyin mühafizəsi normalarına və qaydalarına əməl olunmasına nəzarət və
işəgötürənlərin məsuliyyəti
Maddə 235. Əməyin mühafizəsi üzrə qaydalara və müvafiq normativ hüquqi
aktlara əməl edilməsinə dövlət nəzarəti
1. Əməyin mühafizəsi normalarının, qaydalarının,
habelə əməyin mühafizəsinə
dair normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsinə əmək qanunvericiliyinə
əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan nəzarət edir.
2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən
orqanının
qəbul etdiyi qərarlar hökmən icra olunmalıdır. Bu qərarlardan,
qanunvericiliyə
uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Dostları ilə paylaş: