3. Bütün növ kənd təsərrüfatı təyinatlı müəssisələrdə qadınların, yaşı 18-dən az
olan işçilərin əməyindən yalnız bu Məcəllənin müvafiq maddələri ilə müəyyən edilmiş
normalar dairəsində istifadə edilə bilər.
Maddə 257. Kənd təsərrüfatı müəssisələrində iş vaxtının və əməyin
ödənilməsinin tənzimlənməsi xüsusiyyətləri
1. Kənd təsərrüfatı və aqrar sənaye müəssisələrində
istehsal və digər iqtisadi
münasibətlərin xüsusiyyətləri nəzərə alınaraq iş vaxtı bu Məcəllədə nəzərdə tutulmuş
normalar və qaydalar çərçivəsində nizamnamələri (əsasnamələri) ilə müəyyən edilir. Bu
müəssisələrdə iş vaxtının cəmlənmiş və ya mövsümi işlərin yerinə yetirilməsi üçün
ayrı-ayrı dövrlərə bölünmüş uçotu aparıla bilər.
2. Kənd təsərrüfatı təyinatlı məhsul istehsal edən
və ya xidmətlər göstərən
qurumların üzvlərinin əmək haqqı məsələləri ilə bağlı münasibətlər, bir qayda olaraq,
həmin müəssisənin mülkiyyətindəki pay iştirakı ilə müəyyən edilir. Bu müəssisələrdə
əmək müqaviləsi ilə işləyən işçilərə əmək haqqı bu Məcəllədə nəzərdə tutulmuş
normalardan az olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir.
3. Əgər kənd təsərrüfatı müəssisələrində işçilərin əmək haqqının
ödənilməsi
formaları, qaydaları, əmək və əməyin qiymətləndirilməsi normaları onların
nizamnamələrində, əsasnamələrində nəzərdə tutulmamışdırsa, onda müəssisənin əmək
haqqı normalarının müəyyən edilməsi və ödənilməsi qaydaları tətbiq edilir. Bu
qaydalar müəssisənin ümumi yığıncağı tərəfindən səs çoxluğu ilə qəbul edilir. Belə
qaydalar da qəbul edilməyibsə, əmək haqqı normaları müvafiq icra hakimiyyəti və ya
bələdiyyə orqanları tərəfindən müəyyən edilmiş normativlər barədə müvafiq tövsiyələr
əsasında müəyyən edilir.
Dostları ilə paylaş: