Maddə 276. Tətildə iştirakdan imtina etmiş şəxslərin təminatları
Tətildə iştirakdan imtina etmiş şəxslərin öz əmək funksiyasını davam etdirmək
hüququ vardır. Bu mümkün olmadıqda, həmin işçilərin əmək haqqı işçinin təqsiri
olmadan məcburi boşdayanma hallarında əmək haqqının ödənilməsi qaydalarına
uyğun olaraq ödənilir.
Maddə 277. Tətilçilərin sərbəst toplaşmaq hüququ
1. İşi davam etdirən işçilərin əmək funksiyasını yerinə yetirmələrinə mane
olmadan tətilçilər iş yerində və ya bilavasitə müəssisənin yaxınlığında sərbəst
toplaşaraq danışıqların
gedişini müzakirə etmək, mitinqlər və digər kütləvi tədbirlər
keçirmək hüququna malikdirlər.
2. İşçilərin bu maddədə nəzərdə tutulmuş sərbəst toplaşmaq hüququ müvafiq
qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl edilməklə həyata keçirilir.
Dostları ilə paylaş: