Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə139/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   135   136   137   138   139   140   141   142   ...   233
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri 
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi 
əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 
etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda 
fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi 
gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin
(sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, 
vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə 
tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-
bilə qəsdən pozulduğu gündür.  


4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı 
yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi 
gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və 
sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
233
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə 
məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı 
müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın 
vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. 
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının 
xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın 
qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək 
mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti 
üzrə baxa bilər. 
Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin 
atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin 
(arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər 
qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal 
hesab edə bilər. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin