Azərbaycan Respublikası Prezidentinin Fərmanı


hərəkətləri nəticəsində vurulan ziyanın ödənilməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə137/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   133   134   135   136   137   138   139   140   ...   233
hərəkətləri nəticəsində vurulan ziyanın ödənilməsi 
1. Əmək müqaviləsinin tərəflərinin dövlət orqanlarının, yaxud onların vəzifəli 
şəxslərinin qanunazidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş ziyanın 
ödənilməsini tələb etmək və bu ziyanın dövlət tərəfindən ödənilməsi hüququ vardır. 
2. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz 
hərəkətləri nəticəsində işçinin işdən çıxarılması və ya kənarlaşdırılması ilə əlaqədar 
vurulmuş ziyanın ödənilməsi qaydası müvafiq qanunla müəyyən edilir. 
Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ 


1. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının 
və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə 
tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək 
pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 
2. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu 
Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək 
mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci 
maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 
3. Pozulmuş hüquqlarının bərpası üçün işçi onun müvəkkil etdiyi nümayəndəsi 
vasitəsi ilə də əmək mübahisəsini həll edən orqana müraciət edə bilər. Hüquqlarının 
müdafiəsini həyata keçirmək üçün işçi nümayəndəsinə qanunvericilikdə nəzərdə 
tutulan qaydada tərtib edilmiş etibarnamə verməlidir. 
Maddə 293. Fərdi əmək mübahisələrinə baxılması vaxtı 
1. Fərdi əmək mübahisələrinə, zəruri hallarda, işçinin iş vaxtından kənar vaxtlarda 
baxılmalıdır. 
2. Əmək mübahisəsinin həllinə işçinin iş vaxtı ərzində baxıldıqda həm əsas, həm 
də əlavə iş yerində onun orta əmək haqqı saxlanılır. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin