Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 284. İşəgötürənin lokaut elan etmək hüququ və bu hüququn



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə134/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   130   131   132   133   134   135   136   137   ...   233
Maddə 284. İşəgötürənin lokaut elan etmək hüququ və bu hüququn 
məhdudlaşdırılması 
 


1. İşəgötürən aşağıdakı hallarda işçilərini həmkarlar ittifaqları təşkilatını və 
müvafiq icra hakimiyyəti orqanını azı 10 gün qabaqcadan yazılı xəbərdar etməklə 
müəssisəni bağlayacağı barədə lokaut elan edə bilər: 
işəgötürənin qarşısında qoyulan kollektiv tələblərin yerinə yetirilməsi onun 
istehsal, iqtisadi, maliyyə və digər imkanlarına açıq-aşkar uyğun olmadıqda; 
qanunsuz elan olunmuş tətil davam etdirildikdə; 
onunla rəqabətdə olan işəgötürən (işəgötürənlər) və ya digər şəxslər tərəfindən 
tətilin keçirilməsinə işçilərin sövq edildiyi barədə təkzibolunmaz sübutlar, faktlar 
olduqda. 
2. İşəgötürən lokaut elan etməzdən əvvəl işçilərlə, həmkarlar ittifaqları təşkilatı ilə 
danışıqlar aparmalı, tətilin dayandırılıb işə başlanılması barədə razılığa nail olmaq 
üçün bütün imkanlarından istifadə etməlidir. 
3. Lokautun elan edilməsi üçün əsas hesab edilən hallar aradan qaldırılmadıqda 
işçilərə edilmiş xəbərdarlıq müddəti bitdikdən sonra işəgötürən lokaut elan edərək 
müəssisəni müvəqqəti bağlaya bilər. 
4. Bu maddə ilə müəyyən edilmiş hallardan başqa qalan hallarda, habelə dövlət 
mülkiyyətində olan və ya mülkiyyətinin yarısından çoxunda dövlətin payı olan 
müəssisələrin işəgötürəni tərəfindən lokautun elan edilməsi qadağandır. 
Qeyd: Lokaut — kollektiv əmək mübahisələri zamanı yerinə yetirilməsi 
işəgötürənin istehsal, iqtisadi, maliyyə imkanlarına uyğun olmayan kollektiv tələblərlə, 
hüquqlarını və mənafeyini pozmaq cəhdi ilə keçirilən qanunsuz və əsassız tətillərin 
qarşısını almaq məqsədi ilə onun və ya mülkiyyətçi tərəfindən müəssisənin 
fəaliyyətinin müvəqqəti dayandırılması barədə elandır. 
Maddə 285. Lokautun qanuniliyinin araşdırılması və işəgötürənin məsuliyyətə 
cəlb edilməsi 
1. İşçilərin müraciəti əsasında lokautun qanunauyğun elan edilməsi və 
əsaslandırılması məsələsinə məhkəmə tərəfindən baxılır. 
2. Məhkəmə, işəgötürən tərəfindən elan olunmuş lokautu əsassız və qanunsuz 
hesab edərsə, işçilərə dəyən maddi və mənəvi ziyanın ödənilməsi, habelə işəgötürənin 
qanunvericiliklə müəyyən edilmiş qaydada digər müvafiq məsuliyyətə cəlb edilməsi 
barədə qərar qəbul edir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin