231 2. Dövlətin sosial-iqtisadi siyasətinin aparılmasının ümumi prinsiplərinin
razılaşdırılması ilə bağlı hallardan başqa siyasi məqsədlər güdən tətillərə yol verilmir.
Maddə 281. Tətillərin qadağan edildiyi sahələr 1. İnsanların sağlamlığı və təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən bəzi
xidmət sahələrində (xəstəxana bölməsi, elektrik enerjisi təchizatı, su təchizatı, telefon
rabitəsi, hava və dəmiryol nəqliyyatını idarəetmə xidməti, yanğından mühafizə
xidməti) tətillərin keçirilməsi qadağan edilir. Bu sahələrdə yaranmış kollektiv əmək
mübahisəsini tərəflər barışdırıcı üsullarla həll edə bilmədikdə məcburi arbitraj tətbiq
edilir.
2. Məcburi arbitraj müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və həmin
orqan tərəfindən təsdiq edilmiş əsasnamə əsasında fəaliyyət göstərir. Məcburi arbitrajın
tərkibi mübahisə edən tərəflərlə razılaşdırılmaqla 5 nəfərdən az olmayaraq tək sayda
təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanı məcburi arbitrajda mübahisəyə tez və
qərəzsiz baxılmasını təmin edir. Məcburi arbitrajın qərarları mübahisədə iştirak edən
bütün tərəflər üçün məcburidir və dərhal icra edilməlidir.
Maddə 282. Tətillərin qanunsuz hesab edilməsi 1. Bu Məcəllənin tələblərini pozmaqla elan edilmiş və keçirilmiş tətil qanunsuz
hesab edilir.
2. Tətilin qanunsuz hesab edilməsi haqqında işə tətil komitəsinin olduğu rayonun
(şəhərin) məhkəməsi işəgötürənin ərizəsinə əsasən baxır.
3. Tətilin qanunsuz hesab edilməsi barədə məhkəmə qərarı olduqda işçilər tətilə son qoymalı və məhkəmə qərarının tətilə başçılıq edən orqana təqdim olunduğu günün ertəsi günü işə başlamalıdırlar. 232
Maddə 283. Tətil iştirakçılarının əmək haqqının ödənilməsi İşəgötürən tətildə iştirak edən işçilərin tətil dövrü üçün əmək haqqını tam və ya
qismən ödəyə bilər. Əmək haqqının ödənilməsindən imtina mübahisə üçün əsas ola
bilməz.