Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 278. Tətilin maliyyələşdirilməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə132/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   128   129   130   131   132   133   134   135   ...   233
 
Maddə 278. Tətilin maliyyələşdirilməsi 
1. Tətilin maliyyələşdirilməsi üçün əmək kollektivi və ya həmkarlar ittifaqları 
təşkilatı tətil müddətində fəaliyyət göstərən tətil fondu, digər müəssisələrin işçiləri
həmkarlar ittifaqları təşkilatları isə həmrəylik fondları, qarşılıqlı yardım kassaları 
yarada bilərlər. 
2. Fondların idarəçiliyi və istifadə edilməsi əmək kollektivi və ya həmkarlar 
ittifaqları təşkilatı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. 
Bu fondlar vergilərdən azaddır. 
3. Tətil fondunun vəsaitləri tətilçilərə yardımlar göstərilməsinə və tətillə əlaqədar 
digər məqsədlərə sərf oluna bilər. 
4. Tətil başa çatdıqdan sonra fondların istifadəsiz qalmış vəsaitləri əmək 
kollektivinin və ya həmkarlar ittifaqları orqanının müəyyən etdiyi məqsədlərə sərf 
olunur. 
5. Qanunsuz tətillərin davam etdirilməsi nəticəsində işəgötürənə dəymiş ziyanın 
ödənilməsi məhkəmənin qərarı ilə tətil fondunun vəsaitlərinə yönəldilə bilər. 
6. Dövlət orqanlarının, vəzifəli şəxslərin və digər işəgötürənlərin hər hansı 
formada birbaşa və ya dolayısı ilə tətili maliyyələşdirmələri qadağandır. 
 
Maddə 279. Tətilin başa çatması və dayandırılması 
1. İşəgötürən tətilçilərin tələbini qəbul etdikdə, tərəflər barışıq sazişi bağladıqda və 
ya işçilər tətili davam etdirməkdən imtina etdikdə tətil başa çatmış hesab olunur. 
2. Tətil qanunsuz elan edildikdə, hərbi və ya fövqəladə vəziyyətlə əlaqədar 
qadağan edildikdə dərhal dayandırılmalıdır. 


Maddə 280. Tətil hüququnun məhdudlaşdırılması və tətillərə yol verilməyən 
hallar 
1. Hərbi və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası 
qanunvericiliyinə uyğun olaraq işçilərin tətil hüququ məhdudlaşdırıla ya qadağan 
oluna bilər.

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin