Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 286. Kollektiv əmək mübahisələrinin həlli qaydalarını pozmağa görə



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə135/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   131   132   133   134   135   136   137   138   ...   233
Maddə 286. Kollektiv əmək mübahisələrinin həlli qaydalarını pozmağa görə 
məsuliyyət 
 
1. Qanunsuz elan edilmiş tətili davam etdirən şəxslər işəgötürənə vurulan ziyana 
görə məhkəmənin müəyyən etdiyi məbləğdə maddi məsuliyyət daşıyırlar. 
2. Digər işəgötürənlər tətilin maliyyələşdirilməsinə görə işəgötürənə vurulan 
ziyanın, əldən çıxmış qazanc da nəzərə alınmaqla tam məbləğində məsuliyyət 
daşıyırlar. 
3. Maddi məsuliyyətlə əlaqədar işlərə mülki mühakimə icraatının qaydalarına 
uyğun olaraq baxılır. 


4. İşəgötürən qanunsuz elan edilmiş tətilin davam etdirilməsini təşkil edən işçiləri 
intizam məsuliyyətinə cəlb edə bilər. 
Qırx dördüncü fəsil 
 
Fərdi əmək mübahisələri, onların tərəfləri və predmeti 
 
Maddə 287. Fərdi əmək mübahisələri anlayışı 
 
Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv 
müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi 
aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla 
və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll 
edilən fikir ayrılığıdır. 
Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti 
Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək 
mübahisələrinin həlli nizama salınır: 
a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin 
dəyişdirilməsi; 
b) əmək normalarının, həmçinin işçinin əmək funksiyasının həcminin müəyyən 
edilməsi; 
c) əmək müqaviləsində nəzərdə tutulan iş yerinin dəyişdirilməsi; 
ç) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; 
d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, 
yaxud ödənilməsi; 
e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; 
ə) məzuniyyət hüququnun həyata keçirilməsi; 
f) intizam tənbehi verilməsi; 
g) əməyin mühafizəsinin təşkili və təmin edilməsi; 
ğ) işçinin işəgötürənə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən 
edilməsi və ödənilməsi; 
h) işəgötürənin işçiyə vurduğu maddi və ya mənəvi ziyanın məbləğinin müəyyən 
edilməsi və ödənilməsi; 
x) işçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının 
qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi; 
ı) müsabiqə komissiyasının qərarının qanuni, obyektiv və ədalətli olub-
olmamasının araşdırılması; 
i) istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə 
vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; 
j) səhmlər və ya digər qiymətli kağızlar üzrə ödəmələrin məbləğlərinin müəyyən 
edilməsi və ödənilməsi, habelə özəlləşdirmə prosesində və sonralar əmək münasibətləri 
ilə bağlı normaların tətbiq edilməsi; 


k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək 
qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin