1. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar,
yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin,
habelə kollektiv tələblərə aid olan müvafiq
məsələnin həlli məqsədi ilə o, məhkəməyə
müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını
tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə
bilər.
2. İşçi özünün fərdi tələblərini müdafiə etmək üçün təkbaşına tətilinə əmək
kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının qoşulması çağırışı ilə çıxış
etməməlidir. Əmək kollektivi və ya həmkarlar ittifaqları təşkilatı işçinin tələblərinin
əsaslı, qanuni və ədalətli olduğu qərarına gələrsə, müstəqil olaraq kollektiv tələblərini
irəli sürə bilər.
3. İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən,
işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına,
habelə
belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.
4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən
işəgötürən məhkəməyə müraciət edə bilər.
5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız
hesab
edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə,
işəgötürən onun əmək
müqaviləsini ləğv edə bilməz.
6. Tətil müddəti bitənədək işçi tətili dayandırıb işə başlaya və ya əmək
mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil müddətində
mübahisənin həlli üçün tərəflərin müəyyən etdiyi vasitəçilik üsullarından istifadə edilə
bilər.
7. Təkbaşına tətil edən işçinin tətil dövrü üçün əmək haqqının ödənilməsi bu
Məcəllənin 283-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər.
8. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab
edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam
məsuliyyətinə cəlb edilə bilər.
Dostları ilə paylaş: