Maddə 317. Bu Məcəllənin mətninin hüquqi qüvvəsi
1. Bu Məcəllə Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə
müəyyən edilmiş qanunvericilik sisteminin tərkib hissəsi olub, Azərbaycan
Respublikasının bütün ərazisində birbaşa hüquqi qüvvəyə malikdir.
2. Bu Məcəllənin tətbiqi zamanı əmək müqaviləsinin tərəflərinin hüquqlarının və
mənafelərinin müdafiə olunmasını təmin edən, onların məsuliyyətə cəlb olunmasını
istisna edən və ya yüngülləşdirən müddəaların qüvvəsinin geriyə şamil edilməsinə yol
verilir.
Dostları ilə paylaş: