Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 307. İşçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə143/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   139   140   141   142   143   144   145   146   ...   233
Maddə 307. İşçilərin sosial sığorta münasibətlərinin tənzimlənməsi 
 
1. İşçilərin sosial sığorta olunması prinsipləri, sosial sığorta hadisələri və onların 
müəyyən edilməsi, sosial sığorta üzrə ödəmələrin növləri, sosial sığortanın 
iştirakçılarının hüquq və vəzifələri, məcburi dövlət sosial sığorta haqqı, ödəmələrin 
təyin edilməsinin şərtləri və qaydası, vəsaitlərin mənbələri, könüllü və əlavə sığorta 
üzrə ödəmələrin növləri, habelə sosial sığorta sahəsində digər münasibətlər bu Məcəllə 
ilə, «Sosial sığorta haqqında»Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" 
Azərbaycan Respublikasının qanunları və onların əsasında qəbul edilmiş başqa normativ 
hüquqi aktlarla tənzimlənir.
238
2. Azərbaycan Respublikasında fəaliyyət göstərən müəssisələrdə əmək müqaviləsi 
bağlayaraq çalışan əcnəbilər, vətəndaşlığı olmayan şəxslər sığorta olunması üçün 
müvafiq haqq ödəməklə bu Məcəllə ilə müəyyən olunmuş şərtlərlə və qaydada sosial 
sığorta olunmaq hüququna malikdirlər. 
3. Sığorta olunmuş işçiyə qanunvericilikdə nəzərdə tutulan qaydada tərtib edilmiş 
sığorta şəhadətnaməsi (polisi) və dövlət sosial sığorta şəhadətnaməsi verilir.
239
4. İşçilərin sosial sığorta hüquqlarını məhdudlaşdıran və ya pozan hər hansı fiziki 
şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyətə cəlb olunur. 
XIII bölmə 
 
Yekun normalar 
 
Qırx yeddinci fəsil 
 
Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət. Əmək qanunvericiliyinin 
pozulmasına görə məsuliyyət 
 
Maddə 308. Bu Məcəllənin tələblərinə əməl olunmasına nəzarət 
İşəgötürənlər, işçilər, icra hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər 
tərəfindən bu Məcəllənin, eləcə də bütövlükdə əmək qanunvericiliyi sisteminə daxil 
olan normativ hüquqi aktların dürüst və eyni cür tətbiq edilməsinə, onların tələblərinin 
düzgün yerinə yetirilməsinə nəzarəti öz səlahiyyətləri daxilində prokurorluq orqanları, 
habelə səlahiyyəti bu Məcəllənin 15-ci maddəsi ilə müəyyən edilmiş müvafiq icra 
hakimiyyəti orqanı həyata keçirir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin