Maddə 301. Fərdi əmək mübahisələri üzrə qərarların və qətnamələrin icrası qaydaları 1. Fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda
başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra
edilməlidir.
2. Məhkəmənin fərdi əmək mübahisəsinin həlli barədə çıxardığı qərar cavabdeh
tərəfindən icra edilmədikdə, yaxud icraya müvafiq vəzifəli şəxs və digər fiziki şəxs
tərəfindən mane olunduqda bununla əlaqədar işçiyə dəyən maddi ziyanın ödənilməsi
barədə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət
işi başlanması üçün hakim tərəfindən tədbirlər görülməlidir. 237
Maddə 302. Fərdi əmək mübahisələri üzrə icrada dönüşün məhdudlaşdırılması 1. Fərdi əmək mübahisələri üzrə məhkəmənin qəbul etdiyi qanuni qüvvəyə
minmiş qərarı, qətnaməsi icra edildiyi gündən 6 ay keçdikdən sonra nəzarət icraatı
qaydasında işçinin zərərinə ləğv edilə bilməz.
2. Məhkəmənin qərarının (qətnaməsinin) icrasının dönüşünə, bu qərar yalnız
işçinin, işəgötürənin, şahidlərin verdiyi yalan məlumatlara və ya təqdim etdiyi saxta
sənədlərə əsaslanaraq qəbul edildiyi hallarda yol verilə bilər.
Qeyd: «İcrada dönüş» dedikdə, məhkəmə qətnaməsinin, qərarının icraya
yönəldilməməsi, icraya yönəldilmiş qətnamənin, qərarın icrasının dayandırılması və ya
icra edilmiş qətnamənin, qərarın ləğv edilərək tərəflərin münasibətlərinin,
maraqlarının, maddi və digər mənafelərinin əmək mübahisəsi ilə əlaqədar iddia verilən
andakı vəziyyətə qaytarılması başa düşülməlidir.
Maddə 303. Bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları şamil edilməyən şəxslər Bu Məcəllə ilə müəyyən edilmiş fərdi əmək mübahisələrinin həlli qaydaları
Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş qaydada vəzifəyə
təyin edilən və Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan
şəxslərə şamil edilmir.