Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 309. Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə144/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   140   141   142   143   144   145   146   147   ...   233
Maddə 309. Bu Məcəllənin tələblərinə əməl olunmasına ictimai nəzarət 
 
1. İşçilərin və işəgötürənlərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni 
mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» 
Azərbaycan Respublikası Qanununda və bu Məcəllədə nəzərdə tutulmuş qaydada 


müvafiq həmkarlar ittifaqları orqanları, habelə işəgötürənlərin nümayəndəli orqanları 
tərəfindən həyata keçirilir. 
2. İşəgötürən və əmək münasibətlərinin digər iştirakçıları tərəfindən həmkarlar 
ittifaqlarının bu Məcəlləyə və digər normativ hüquqi aktlara əsaslanmış ictimai 
nəzarətinin həyata keçirilməsinə mane olunması, habelə onların qanuni və əsaslı 
tələblərinə əməl edilməməsi yolverilməzdir. 
Maddə 310. Bu Məcəllə ilə müəyyən olunmuş hüquqları pozmağa görə 
məsuliyyət 
İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər bu Məcəllə ilə və 
əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən 
olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, 
habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş 
öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən 
edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
 240
Maddə 311. Əmək qanunvericiliyini pozmağa görə intizam məsuliyyəti 
 
İşçi və ya işəgötürən əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini, əmək 
funksiyasını, habelə bu Məcəllənin və əmək qanunvericiliyi sisteminə daxil olan digər 
normativ hüquqi aktın tələblərini pozaraq biri digərinin hüquqlarına və qanunla 
qorunan mənafelərinə müəyyən ziyan vurarsa, bu Məcəllənin 186-cı maddəsində 
nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilir. 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin