Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Maddə 289. Fərdi əmək mübahisələrində tərəflər



Yüklə 1,52 Mb.
Pdf görüntüsü
səhifə136/233
tarix25.10.2022
ölçüsü1,52 Mb.
#66208
1   ...   132   133   134   135   136   137   138   139   ...   233
 
Maddə 289. Fərdi əmək mübahisələrində tərəflər 
Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək 
hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya 
qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. 
Maddə 290. Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti 
1. Fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək 
qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini 
mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə 
borcludurlar. 
2. İşçinin hüquqlarını və qanuni mənafelərini pozmuş işəgötürən fərdi əmək 
mübahisəsinin həlli nəticəsində məhkəmə tərəfindən müəyyən edilmiş işçiyə dəyən 
maddi ziyanı tam məbləğdə ödəməlidir. 
3. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə 
maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana 
görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul 
hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik 
dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar 
qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə 
tərəfindən müəyyən edilir. 
Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, 
işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin 
şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir 
edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun 
olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli 
qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir. 
Maddə 291. Dövlət hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qanunazidd 

Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   233




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin